18 Oktyabr 2019, Cümə - 22:41

M.Şumaher: “Maşınla əsas sürücülər işləməlidi

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

16:36 - 31 Yanvar, 2009

Keçən il Mixael Şumaher Ferrari-nin testlərində iştirak etmişdi, amma test məsafəsinin azaldılması və mövsümün gedişində testlərin qadağan olunmasından sonra 2009-cu […]

Keçən il Mixael Şumaher Ferrari-nin testlərində iştirak etmişdi, amma test məsafəsinin azaldılması və mövsümün gedişində testlərin qadağan olunmasından sonra 2009-cu ildə alman sürücünün sükan arxasında oturma şansı çox azdır. Express qəzetinə müsahibəsində yeddiqat dünya çempionu komandada rolunun dəyişməsindən və qarşıdakı mövsümə planlarından danışıb…

Mixael Şumaher: “Ferrari rəhbərliyi qərar qəbul etməlidir, komandanın yeni maşını mövsümün startına hazırlaması üçün cəmi bir neçə həftəsi qalıb və mən hesab edirəm ki, sükan arxasına test sürücülər deyil, məhz əsas sürücülər oturmalıdırlar. Biz hazırda bu məsələni müzakirə edirik, tezliklə məlum olacaq ki, komandanın mövqeyi mənim mövqeyimlə üst-üstə düşür.

Bu il mən özümü yeni hobbimə həsr etmək istəyirəm – motoyarışlara, bir neçə yarışda iştirak etmək fikrindəyəm.”

Bu yaxınlarda Mixael Şumaher Kerpendə şəxsi kartodromuna baş çəkib və hidravlik sistemlə təchiz olunmuş yeni Formula1 trenajorunun açılışında iştirak edib. Hidravlika kələ-kötür yolda və porebriklərin üzərindən keçərkən vibrasiyanı və yüklənməni imitasiya edir: “Hər şey mənim çox xoşuma gəldi. Bu trenajor azarkeşlərə imkan verəcək ki, Formula1 sürücüsünün təəssüratlarını yaşasın.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 281
Teqlər
Paylaş

logo