P.Verlyayn: “Gələn ilin bolidləri 5 saniyə sürətli olacaqlar”

Pirelli-nin gələn il üçün hazırladığı təkərləri təkmilləşdirmək üçün keçirdiyi testlərə qatılan Paskal Verlyayn gələn il bolidlərin indikindən 5 saniyə sürətli olacağını deyib.

F-1.az xatırladır ki, Verlyayn İspaniyada qatıldığı testlərdə əlverişsiz hava şəraiti ilə qarşılaşmışdı. Yeni təkərlərlə birlikdə bolidlərin aerodinamikasında da dəyişiklik olacaq. Təkərləri təkmilləşdirmək üçün Pirelli-nin mühəndisləri Mercedes, Ferrari və Red Bull komandaları ilə birlikdə işləyirlər. Komandalar testlərdə istifadə etdikləri bolidləri qismən dəyişdirərək gələn ilin reqlamentinə uyğunlaşdırmağa çalışıblar. 2017-ci ilin bolidləri builki bolidlərə nisbətən daha çox asfaltmayatma qüvvəsinə malik olacaqlar.

Paskal Verlyayn: “Ətraflı heç nə deyə bilmərəm, ancaq təkərlərin daha sürətli olduğu dəqiqdir. Çox guman ki, bolidlər 5 saniyə sürətlənəcəklər. Bu 4 və ya 6 saniyə ola bilər, ancaq bolidlərin əvvəlkindən sürətli olacağı dəqiqdir. 2017-ci il üçün hazırlanan bolidlərin nəyə qadir olduğunu gözləyib görəcəyik”.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*