17 Oktyabr 2019, Cümə axşamı - 09:39

MOTORSPORT: “Bakı yarışın təxirə salınmasını təkzib edib”

MOTORSPORT: “Bakı yarışın təxirə salınmasını təkzib edib”

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

19:31 - 21 Yanvar, 2016

Britaniyanın nüfuzlu MotorSport.Com resursunun tanınmış Formula1 icmalçısı Conatan Nobl gələn il ölkəmizdə keçiriləcək ilk Avropa Qran Prisi barədə Avropa mətbuatında yayılan şayiələrə aydınlıq gətirib…

F-1.az oxucuların marağını nəzərə alaraq məlumatı tərcümə edib:

“Avropa Qran Prisinin təşkilatçıları əmindirlər ki, bu ilin iyununa planlaşdırılmış Azərbaycanın tarixində ilk F1 yarışı çətinləşmiş iqtisadi duruma baxmayaraq baş tutacaq.

Neftin qiymətinin bazarda aşağı düşməsi xam neftin ixracından asılı olan ölkələrdə iqtisadi durumu zəiflədib. Bu yaxınlarda ölkənin iqtisadçılarından biri büdcə vəsaitlərinə qənaət etmək naminə Avropa Qran Prisi və 2017-ci il İslam Oyunlarından imtina etməyə çağırmışdı. Lakin yarışın təşkilat komitəsi yarışın təxirə salınması barədə məlumatı təkzib edib.

Baku City Circuit şirkətinin mətbuat katibi deyib ki, “Manatın devalvasiyası Azərbaycanın tarixində ilk Formula1 yarışının təşkilinə heç bir təsir göstərməyib. Avropa Qran Prisinin büdcəsi əvvəlcədən ABŞ dolları ilə hesablanmışdı, ona görə də biz büdcəyə dəyişiklik etməyəcəyik.

Amma biz milli valyutanın devalvasiyası ilə bağlı narahatlığı bölüşürük və başa düşürük ki, belə böyük tədbirin təşkili daha əhəmiyyətli maliyyə vəsaiti tələb edir”.

Mətbuat xidməti qarşıdakı yarışın və Bakıya gələcək tamaşaçıların sayəsində turizmin və müvafiq infrastrukturun inkişafındakı stimula xüsusi diqqət ayırıb: “Turistlərin sayının artması restoranların, barların, otellərin, pərakəndə ticarət obyektlərinin inkişafına təsir edəcək, bu isə birbaşa iqtisadiyyatda əks olunacaq. Yarışın hazırlığı və keçirilməsi birbaşa və ya bilavasitə hadisə ilə bağlı minlərlə iş yerinin açılmasıdır. Biz əminik ki, qısa müddət ərzində iqtisadiyyata verdiyimiz töhfə və uzunmüddətli perspektivimiz cari məsrəflərin hamısından üstün olacaq…”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 682
Teqlər , , , ,
Paylaş

logo