2017-ci ilin təqviminin ilkin versiyası açıqlanıb!

Hələ ki, təsdiq olunmayan təqvimdə 21 yarış yer alacaq. Təqvimdə Bakıdakı yarışın 18 iyunda keçiriləcəyi göstərilib. Əgər tarix dəyişilməzsə, milli Qran Primiz bu il olduğu kimi, yenə də 24 saatlıq Le Man yarışı ilə eyni günə düşəcək...

F-1.az MotorSport.com-un keçən həftə yaydığı məlumata əsasən bildirir ki, növbəti mövsüm 26 martda Avstraliyada başlayacaq, ikinci yarış isə 1 həftə sonra Çində keçiriləcək. Mövsümöncəsi ilk testlər 27 fevral – 2 mart, ikinci testlər isə 7-10 mart tarixlərində keçiriləcək. Buna görə də, Melburndakı yarışın vaxtının dəyişdiriləcəyi gözlənilmir.

Avstraliya və Çin yarışlarının ardıcıl keçirilməsi komandaları narahat etməyə bilməz. Bir həftə ərzində Melburndan Şanxaya getməkdə problemlər yaşana bilər.

Gələn mövsümdə də yay fasiləsinin avqust ayında olacağı və 4 həftə davam edəcəyi gözlənilir. Almaniya, Kanada və Braziliya Qran Prilərinin gələn il keçirilib-keçirilməyəcəyi dəqiq olmasa da, hər 3 yarış ilkin təqvimdə yerlərini alıb.

Təqvim hələ ki, Avtoidman üzrə Ümumdünya Şurası tərəfindən təsdiq edilməyib. Rəsmi təqvimin hazırki təqvimdən fərqlənəcəyi istisna edilmir…

TƏQVİM
24 mart – 26 mart, Avstraliya Qran Prisi, 5303 m-lik 58 dövrə (307.574 km)
31 mart – 2 aprel, Çin Qran Prisi, 5451 m-lik 56 dövrə (305.066 km)
14 aprel – 16 aprel, Bəhreyn Qran Prisi, 5412 m-lik 57 dövrə (308.238 km)
28 aprel – 30 aprel, Rusiya Qran Prisi, 5848 m-lik 53 dövrə (309.732 km)
12 may – 14 may, İspaniya Qran Prisi, 4655 m-lik 66 dövrə (307.104 km)
26 may – 28 may, Monako Qran Prisi, 3340 m-lik 78 dövrə (260.520 km)
9 iyun – 11 iyun, Kanada Qran Prisi, 4361 m-lik 70 dövrə (305.270 km)
16 iyun – 18 iyun, Avropa Qran Prisi, 6006 m-lik 51 dövrə (306.306 km)
30 iyun – 2 iyul, Avstriya Qran Prisi, 4326 m-lik 71 dövrə (307.146 km)
7 iyul – 9 iyul, Böyük Britaniya Qran Prisi, 5891 m-lik 52 dövrə (306.198 km)
21 iyul – 23 iyul, Macarıstan Qran Prisi, 4381 m-lik 70 dövrə (306.630 km)
28 iyul – 30 iyul, Almaniya Qran Prisi, 4574 m-lik 67 dövrə (306.458 km)
25 avqust – 27 avqust, Belçika Qran Prisi, 7004 m-lik 44 dövrə (308.052 km)
1 sentyabr – 3 sentyabr, İtaliya Qran Prisi, 5793 m-lik 53 dövrə (306.720 km)
15 sentyabr – 17 sentyabr, Sinqapur Qran Prisi, 5073 m-lik 61 dövrə (309.316 km)
29 sentyabr – 1 oktyabr, Malayziya Qran Prisi, 5543 m-lik 56 dövrə (310.408 km)
6 oktyabr – 8 oktyabr, Yaponiya Qran Prisi, 5807 m-lik 53 dövrə (307.741 km)
20 oktyabr – 22 oktyabr, ABŞ Qran Prisi, 5513 m-lik 56 dövrə (308.896 km)
27 oktyabr – 29 oktyabr, Meksika Qran Prisi, 4304 m-lik 71 dövrə (305.354 km)
10 noyabr – 12 noyabr, Braziliya Qran Prisi, 4309 m-lik 71 dövrə (305.909 km)
24 noyabr – 26 noyabr, Əbu Dabi Qran Prisi, 5554 m-lik 55 dövrə (305.355 km)
,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*