“Biz razılığa gəldik ki, gələn ildən başlayaraq üç il müddətində şənbə sprinti keçiriləcək”, – deyə o elan edib. Bu barədə daha ətraflı məlumat sonradan veriləcək, lakin artıq aydındır ki, Qran Pri promouterləri belə bir yarışı klassik İtaliya trasında keçirməklə maraqlanırlar.
Həmçinin La Russa bildirib ki, Monzada sentyabrda keçiriləcək növbəti yarış üçün bütün biletlər artıq satılıb, tələbat o qədər yüksək olub ki, ilkin olaraq nəzərdə tutulmamış tədbirlər görülməli olub:
“Əlavə tribunalar quruldu, baxmayaraq ki, bu planlara daxil deyildi. Başda düşünürdük ki, ora yalnız ACI üzvləri yerləşəcək, lakin qərara alındı ki, onlar ictimaiyyət üçün açıq olacaq”.
Bundan əlavə, mərasimdə Maestro Lodola tərəfindən hazırlanmış İtaliya Qran Prisinin rəsmi afişası təqdim olunub, həmçinin elan edilib ki, yarışdan əvvəl ölkə himnini La Skala səhnəsində bir çox rollar ifa etmiş İtaliya tenorı Françesko Mele oxuyacaq.
Bugünkü tədbirdə, həmçinin Formula1-in prezidenti və icraçı direktoru Stefano Domenikali iştirak edib və çıxışında belə deyib: “Mədəniyyət Formula1-də də mərkəzi rol oynayır. Dünən Silverstounda ziyarətçi rekordu qeydə alındı və ümid edirəm ki, Monzadakı yarışda da azı həmin qədər tamaşaçı olacaq.
Bazar günü keçiriləcək yarış üçün biletlər artıq satılıb, çünki Ferrari yenidən diqqət mərkəzindədir, eyni sözlər isə ölkəmizi təmsil edən Kimi Antonelliyə də aiddir. Bütün bunlar İtaliya Qran Prisinin böyük uğurla keçiriləcəyinə ümid verir”.





