Michelin Formula1-ə qayıda bilər

Bu ilin sonunda Bridgestone Formula1-i tərk edəcək və 2011-ci ildə çempionatı təkərlərlə başqa istehsalçı təchiz edəcək. FİA təkər təchizatına tender […]

Bu ilin sonunda Bridgestone Formula1-i tərk edəcək və 2011-ci ildə çempionatı təkərlərlə başqa istehsalçı təchiz edəcək. FİA təkər təchizatına tender elan etməyə hazırlaşır və uzun illər çempionatın təchizatçısı olmuş Michelin şirkəti Formula1-ə qayıtmaq üçün danışıqlar aparır.

Şayiələrə görə, artıq apreldə bu barədə rəsmi bəyanat veriləcək, amma fransalı təkər şirkəti istəyir ki, çempionatda tək olmasın, yəni yarışları daha bir faktor maarqlı etsin – təkər ustalarının mübarizəsi. Əgər Koreyanın HankookKumho şirkətləri çempionata qatılsalar, Michelin də onlara qoşula bilər.

Daha bir faktor – ekologiyadır, Michelin ətraf mühitin müdafisəinin yalnız yumşaq təkərlərin yaşıl markerlə işarə olunması ilə kifayətlənməsini istəmir, FİA da eyni məqsədləri güdür – ehtimal var ki, tərəflər ümumi məxrəcə gələ biləcəklər…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Michelin Formula1-ə qayıda bilər?

Michelin şirkətinin başçılarından biri Jan Dominik Senar bildirib ki, konsern FİA ilə Formula1-ə qayıtması barədə danışıqlar aparır. Məlum olduğu kimi, […]

Michelin şirkətinin başçılarından biri Jan Dominik Senar bildirib ki, konsern FİA ilə Formula1-ə qayıtması barədə danışıqlar aparır. Məlum olduğu kimi, Bridgestone şirkəti bu ilin sonunda çempionatda əməkdaşlığını başa vurur və hələlik gələn il çempionatda təkər təchizatı ilə kimin məşğul olacağı bəlli deyil.

Jan Dominik Senar: “Biz çempionata qayıtmaq məsələsinə baxa bilərik, amma bunu konkret şərtlər əsasında edə bilərik. Qaydaları elə dəyişmək lazımdır ki, yanacağa qənaət etməyə imkan verən və atmosferə zərərli tullantıların miqdarını azaldan texnologiyaları əyani göstərmək mümkün olsun. Başlıcası odur ki, Formula1-də istifadə olunan qabaqcıl texnologiya ilə yol avtomobillərinin istehsalı arasında əlaqəni artırmaq lazımdır.”

FİA-nın nümayəndələri şərh verməkdən imtina ediblər…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*