V.Liutsi: “Böyük ehtimalla Force İndia-da qalacam”

Çox güman ki, gələn mövsüm Force İndia komandasının heyətində dəyişiklik olacaq. Ehtimal olunur ki, 36 yaşlı Cankarlo Fizikellanın karyerası başa […]

Çox güman ki, gələn mövsüm Force İndia komandasının heyətində dəyişiklik olacaq. Ehtimal olunur ki, 36 yaşlı Cankarlo Fizikellanın karyerası başa çatmaq üzrədir və onun yerinə əsas namizəd komandanın test sürücüsü Vitantonio Liutsidir. İtaliyalı sürücü 2005-ci ildə Toro Rosso-da başladığı Formula1 karyerasını davam etdirmək istəyini gizlətmir…

Vitantonio Liutsi: “Böyük ehtimalla Force İndia-da qalacam. Məni test və ehtiyat sürücü vəzifəsi qane edir və mən artıq ikinci ildir ki, bu vəzifəni daşıyıram. Amma bunun konkret səbəbi var: çox güman ki, gələn il mən əsas heyətdə olacam.”

Amma italiyalı sürücü komandaya yeganə namizəd deyil – mətbuatda digər sürücülərin də, xüsusən gənc və Formula1-də təcrübələri olmayan sürücülərində adları çəkilib – Pol di Resta, Adam Kərroll və Bruno Senna.

Bu il Liutsi digər yarış seriyalarında uğurla çıxış edib – Speedcar kommersiya kuzov seriyasında o üçüncü yeri tutub, A1GP seriyasında İtaliya milli yığması üçün iki mərhələdə vacib xallar toplayıb…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*