Almaniyanın nüfuzlu Auto Motor und Sport dərgisinin verdiyi xəbərə görə, Williams komandası fevralın 1-də Valensiyada başlayacaq mövsümöncəsi testlərin birinci seriyasını keçənilki şassinin keçid versiyası ilə başlaya bilər – yeni FW33 şassisi isə yalnız gələn ayın ortalarında təqdim olunacaq.
Xatırladaq ki, Force İndia və McLaren komandaları rəsmən təsdiq ediblər ki, Valensiyaya köhnə maşınlarla gələcəklər. Digər bir neçə komandanın da eyni addımı atmaq ehtimalı yüksəkdir – Lotus, Virgin və Hispania…