M.Şumaxer Haas-ı 3 milyon avro ziyana salıb

Almaniya mətbuatının verdiyi xəbərə görə Mik Şumaxer 2022-ci ildə etdiyi qəzalara görə Haas komandasını 3 milyon avrodan çox ziyana salıb.

F-1.az xatırladır ki, Haas komandası Miki göndərərək, yerinə Hülkenberqi gətirib. Çox adam bu dəyişikliyi tənqid etsə də, Amerika təmsilçisinin özünə görə səbəbləri var. Bunlardan biri də Mikin komandaya veridyi zərərdir.

Əfsanəvi Miaxael Şumaxerin oğlu Ciddədə, Monakoda və Yaponiyada 3 ciddi qəza edib və bu qəzaların birlikdə xərci 3 milyon avrodur. Gənc pilot il ərzində komandasını zərərə soxmaq üzrə rekordmendir.

Xüsusən də Ciddədəki qəza çox böyük olub və Haas komandası bu insidentə görə 1.5 milyon dollar ziyana düşüb.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*