M.Ferstappen: “Xırda səhvdə dıvardasınız”

Red Bull komandasının sürücüsü Maks Ferstappen Monakoda hələ də əsl performansını göstərə bilməyib.

F-1.az xatırladır ki, hollandiyalı sürücü Monakoda cümə axşamı sərbəst yürüşlərini lider Fetteldən 0.766 saniyə geri qalaraq, 6-cı yerdə bağlamışdı.

Maks Ferstappen: “Bolidin balansı çox yaxşı idi. Çox dəyişiklik etmədik. İkinci sərbəst yürüşlərdə qırmızı bayraqlar sürüşümü məhv etdi. Buna görə də təkərləri istədiyim kimi yoxlaya bilmədim. Bu trasda diqqətinizi toplamalısınız, çünki kiçik bir səhvlə divara çırpılırsınız və sessiya sizin üçün bitir.

Monakoda sıralanma turu çox vacibdir. Yarışda traffikə düşəndə ötmə etmək çox çətin olur. Təkərləri vaxtında qızdırsanız, sizə çox üstünlük qazandırır. Şənbə günü bunun üzərində işləyəcəyik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*