M.Ferstappen: Həmilton hərtərəfli sürücü deyil

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, Lyuis Həmilton hərtərəfli sürücü deyil.

F-1.az xatırladır ki, iki sürücü bu il çempionluq uğrunda amansız mübarizə aparırlar. Bu il keçirilən 5 yarışdan 3-ü Həmilton, 2-i isə Ferstappen qazanıb.

Maks Ferstappen: “Həmilton təcrübəli ola bilər, amma hərtərəfli sürücü deyil. Bu, mənim düşüncəmdir və kimsə mənimlə eyni fikirdə olmaq məcburiyyətində deyil. Mən onu qısqanmıram. Özümdən razıyam. Formula1-də yarışıram və gözəl həyatım var. Buna görə bəxtəvərəm. Heç kimlə bəs-əbəs etmirəm və qısqanc deyiləm. Həyatımdan razıyam”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*