M.Ferstappen: Hələ çox mübarizə aparacağıq

Fransa yarışında qalib gələn Maks Ferstappen bildirib ki, Lyuis Həmiltonla mövsümün sonuna qədər mübarizə aparacaq.

F-1.az xatırladır ki, hollandiyalı sürücü Fransa yarışında əsas rəqiblərindən fərqli olaraq iki pit-stop strategiyası seçsə də, yarışın son dövrələrində əsas rəqibi Həmiltonu keçərək, bu mövsüm 3-cü qələbəsini bayram edib və çempionatda liderliyini daha da möhkəmləndirib.

Maks Ferstappen: “Yarışın əvvəlində bolidin arxa tərəfini itirdim və buna görə də trasdan çıxdım. Yarışın əvvəli küləyə görə çətin idi. Bir dövrə balans normal olsa da, növbəti dövrədə bolid sürüşürdü. Bolidi stabil tutmaq olmurdu.

Rəqiblərimiz bizə pressinq tətbiq edirdilər. Buna görə də iki pit-stop etməli olduq. Yarışın sonunda bu strategiya işə yaradı. Bunun üçün çox işlədik və qarşılığını aldıq.

Həmiltona çatmaq çox çətin idi. Ancaq sonda əla iş görə bildik. Bütün yarıçboyu mübarizə apardıq. Məncə, mövsüm də belə keçəcək”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*