L.Həmilton yeni menecer axtarır

Uşaq vaxtlarından Lyuis Həmiltonun meneceri atası Əntoni olub, amma Britaniyanın Autosport saytına müsahibəsində sürücü bildirib ki, valideyni ilə işgüzar əməkdaşlığını […]

Uşaq vaxtlarından Lyuis Həmiltonun meneceri atası Əntoni olub, amma Britaniyanın Autosport saytına müsahibəsində sürücü bildirib ki, valideyni ilə işgüzar əməkdaşlığını davam etdirməyəcək – münasibətlər əvvəlki kimi qalacaq, amma Əntoni Həmilton gənc sürücülərin hazırlığı proqramı üzərində işləməyi planlaşdırır, Lyuis isə özünə yeni menecer axtaracaq.

Layiqli namizəd tapılana kimi Lyuis işgüzar məsələlərini McLaren komandasının əməkdaşları həll edəcəklər…

Lyuis Həmilton: “Biz yeni adamı bir neçə ildir ki, axtarırıq, belə bir adam mənə menecmentlə, sponsor axtarışında və digər məsələlərin həllində kömək etməlidir, hərçənd, atamla işləmək mənə çox rahat idi. Kənardan gələn menecer pulsuz işləməyəcək. Atam isə həmişə mənim maraqlarımı güdürdü və yalnız ona mən tam inanırdım. Amma elə bir an gəlibdir ki, biz bu addımı atmalıydıq və bu müsbət addımdır.

Mənim cəmi 25 yaşım var, mən özüm özümə cavabdehəm. Mən çoxdan Formula1-dəyəm və atamın köməyi olmadan uğur qazana bilməzdim – o mənə səkkiz yaşımdan kömək edirdi və fantastik iş görüb, indi isə onun işi qurtarıb. O uşaqlıqdan mənim menecerim idi, yarışlarda biz birlikdə kommersiya məsələlərini həll edirdik – bu oğul-ata münasibətləri deyildi. Qoy o mənim atam olaraq qalsın, mənə isə menecer lazımdır ki, işlərimi yola versin və ata lazımdır ki, kiminlə mən pivə işə və ya dincəlməyə gedə bilərəm. Atam mənə yenə də kömək edəcək, amma menecer kimi yox.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*