L.Razia: “Problemlərin həllinə vaxt lazımdır”

Braziliya mətbuatı bu gün yazıb ki, qarşıdakı mövsümdə ölkəni Formula1-də cəmi bir sürücü təmsil edə bilər, çünki Luis Razianın çempionatda […]

Braziliya mətbuatı bu gün yazıb ki, qarşıdakı mövsümdə ölkəni Formula1-də cəmi bir sürücü təmsil edə bilər, çünki Luis Razianın çempionatda debütünə maliyyə problemləri mane ola bilər. Folha de S.Paulo qəzetinin bildirdiyinə görə, sürücüyə dəstək olan şirkətlərdən biri hələ də nəzərdə tutulan məbləği Marussia komandasına ödəməyib, ona görə də sonuncu Barselona testlərində MR02-nin sükanı arxasında yalnız Maks Çilton işləyib.

Amma Razia ümidini itirmir və əmindir ki, tezliklə problemlər həll olunacaq. Sürücü qəzetə bildirib ki, “müqaviləni imzalamış tərəfdaşların müəyyən öhdəlikləri var. Biz onlara etibar edirik, amma bəzi çətinliklər yaranıb. Biz hər şey düz eləmişdik, amma vəziyyət nəzarətdən çıxıb. Biz problemi həll edəcəyik, amma buna vaxt lazımdır.”

Qəzetin yazdığına görə, komanda məsələyə şərh verməkdən boyun qaçırıb…

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*