18 Avqust 2019, Bazar - 22:02

L.Həmilton: “Təəssüf ki, Heykkiyə yer tapılmadı”

L.Həmilton: “Təəssüf ki, Heykkiyə yer tapılmadı”

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

10:38 - 07 Fevral, 2013

Lyuis Həmilton Caterham komandasının Heykki Kovalaynenlə müqaviləsini uzatmamaq qərarına münasibət bildirib. Lyuisin fikrincə, finlandiyalı sürücü Formula1-də qalmağa layiq idi… Lyuis […]

Lyuis Həmilton Caterham komandasının Heykki Kovalaynenlə müqaviləsini uzatmamaq qərarına münasibət bildirib. Lyuisin fikrincə, finlandiyalı sürücü Formula1-də qalmağa layiq idi…

Lyuis Həmilton: “Maraqlıdır ki, siz bu sualı indi mənə verdiniz – bir az əvvəl trasda düşündüm ki, heyif bu dəfə Heykki testlərdə olmayacaq.

Əlbəttə, komanda artıq başqa sürücülərlə müqavilə imzalayıb. Mən düşünürəm ki, həmin sürücüləri komandaya məsləhət görənlərin ağlı yoxdur, çünki onlar elə bilirlər ki, gənc sürücülər Heykkidən yaxşıdırlar. Heykki yüksək səviyyəli sürücü idi, onun təcrübəsi çox idi və burda olmağa daha çox layiq idi. Heykki mənim yaxın dostum idi və mən ona gələcək karyerasında uğurlar arzulayıram.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 398
Teqlər , , ,
Paylaş

logo