Lando Norris: Nəticə pis deyil, hərçənd yaxşı da deyil

Lando Norris Niderlandın Zandfort trasında keçirilən sprintdə 3-cü yeri tutub - nəticə bir qədər də yaxşı ola bilərdi, lakin McLaren sürücüsünə təkərlərin artan deqradasiyası mane olub. O bundan məsafənin ilk yarısından sonra şikayət etməyə başlayıb.

Lando Norris: “Nəticə pis deyil, amma ən yaxşısı da deyil. Əgər bu gün bir az da sürətli olsaydım, sevincim daha böyük olardı. Amma Şarl Lekler həddindən artıq sürətli idi, ona görə də, məncə, hər şey təkərlərlə bağlı idi.

Ümumilikdə, bizə sürət çatmadı və bu da o deməkdir ki, işləməyə davam etməliyik. Eyni zamanda, sprint ərzində bir daha təsdiqləndi ki, yüksək sürətli döngələrdə hər şeyimiz çox yaxşıdır, amma maşın yavaş döngəlarda özünü ən yaxşı tərəfdən göstərə bilmir. Baxmayaraq ki, burada edə biləcəyimiz çox şey yoxdur, yenə də optimal balansı tapmağa çalışacağıq.

Buna baxmayaraq, irəliləyiş tempindən razı qalmalıyıq, amma hələ görüləsi çox iş var. Görək nəyə nail ola biləcəyik, amma komanda çox ciddi çalışır, ona görə də ümid etmək olar ki, qarşımızdakı vəzifələrin öhdəsindən daha yaxşı gələcəyik”.