Lando Norris: “Möhtəşəm nəticədir! Amma yarış çətin keçdi – dünən söz verdiyim kimi, Zandfortdakı bu son yarışımda hamı, ilk növbədə isə azarkeşlər üçün bir növ şou göstərməyə çalışacaqdım.
Bu gün özüm öz işimi çətinləşdirdim, amma buna baxmayaraq yarış yaxşı keçdi. Yəqin ki, bu mənim ən yaxşı qələbələrimdən biridir, amma onun üçün mübarizə aparmalı oldum. Temp çox inamlı idi və hər şeyi düzgün etməyi bacardım. Yeddinci səmadayam, çox razıyam, çünki bu trasda son yarışı qazanmaq həqiqətən əla hissdir!
51-ci dövrədə Kimi Antonellini keçə bildim – yaxşı manevr alındı! Bilirdim ki, liderliyə qayıtmaq üçün elə də çox şansım olmayacaq və hər dövrə keçdikcə onların sayı daha da azalırdı.
Gördüm ki, Lyuis Həmilton Kimiyə qarşı müdafiə olunur və anladım ki, məqam yetişib. Əyləc balansını bir-iki klik dəyişdim, çünki bilirdim ki, əyləclənmə zamanı çox qətiyyətli davranmalı olacağam və həmin ötmə mənə qələbə qazandırdı. Bilirdim ki, o manevri etməliyəm və hər şey alındı.
Yəqin ki, ümumiyyətlə, liderliyə yüksəlmək üçün yeganə şansım bu idi və mən də ondan maksimum yararlandım. Ümumilikdə, daha bir qələbə qazanıldı və mən sadəcə xoşbəxtəm!
Bəlkə də bu, bayağı səslənəcək, amma bu ifadəni çoxları işlətsə də, mən hər yarışa ayrıca yanaşıram. Hələlik çox uzağı düşünməyin mənası yoxdur, ilk növbədə yarışlar arasındakı qısa fasilə ilə bağlı planlarıma köklənəcəyəm, çünki indi güc toplamaq, hər şeyi təhlil etmək və bütün lazımi nəticələri çıxarmaq lazımdır. Çünki biz hər şeyi ideal etmədik.
Əgər çempionatda qələbə uğrunda mübarizə aparmaq istəyiriksə, daha yaxşı işləməliyik. Amma komandamızdan çox razıyam və bu qələbəni, üstəlik ardıcıl ikinci qələbəni McLaren üçün qazana bildiyimə sevinirəm. Amma bu qələbə mənə istədiyimdən daha ağır başa gəldi, həm də istəyirəm ki, biz daha böyük üstünlüklə qalib gələk.
Ancaq qarşıda hələ çox yarış var, hamının özünü göstərmək üçün kifayət qədər imkanı olacaq və mən də əvvəlki kimi israrla çalışmağa davam edəcəyəm – onda uğur da gələcək”.





