L.Həmilton: Qismətimdə Ferrari yox imiş

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, Ferrari-də yarışmaq artıq mümkünsüzdür.

F-1.az xatırladır ki, britaniyalı sürücü keçən il Ferrari-nin prezidenti Con Elkanla danışıqlar aparsa da, “qırmızılar” əvvəlcə Leklerlə müqaviləni uzatmış və daha sonra Fettelin əvəzinə Karlos Saynsı transfer etmişdilər.

Lyuis Həmilton: “Komandamdan ayrılmaq barədə düşünməmişəm. İnsanlar önlərində olan alternativləri təhlil etməlidirlər. Müsbət və mənfi cəhətləri dəyərləndirməlisiniz.

Ferrari ilə dəyərlərimizin üst-üstə gələcəyini bilmirəm, amma orada yarışmaq qismət deyilmiş. Buna görə narahat deyiləm. Mercedes-də yarışdığım üçün qürurluyam”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*