L.di Montedzemolo: “Alonso çətin adamdır”

Ferrari-nin sabiq prezidenti Luka di Montedzemolo sabiq sürücüsü Fernando Alonsonun çətin adam olduğunu deyib.

F-1.az xatırladır ki, ispaniyalı sürücü keçən ilin sonunda Formula1 karyerasını bitirib və 24 saatlıq Daytona marafonunun qalibi olub.

Luka di Montedzemolo: “Çox xoşbəxtəm. Fernando mükəmməl sürücüdür. Bəzən komanda oyunçusu olmaqda çətinlik çəkir. Ancaq Şumaxer və Lauda ilə birlikdə Ferrari tarixinin ən güclülərindəndir. Çətin adamdır, amma həmişə qələbə üçün əlindən gələn hər şeyi edir. 2010 və 2012-ci illərdə sona qədər mübarizə aparsa da, çempion ola bilmədi. Buna görə peşmanam”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*