K.Rəykkönen: “Tezliklə mən Ferrari-ni tərk edəcəm”

Abu Dabi Qran Prisi ərəfəsində Kimi Rəykkönen komandanın mətbuat xidmətinə Ferrari-nin sükanı arxasındakı son yarışı barədə danışıb…… Kimi Rəykkönen: “Abu […]

Abu Dabi Qran Prisi ərəfəsində Kimi Rəykkönen komandanın mətbuat xidmətinə Ferrari-nin sükanı arxasındakı son yarışı barədə danışıb……

Kimi Rəykkönen: “Abu Dabi yarışı mənim Ferrari-nin heyətində son yarışım olacaq, həmişəki kimi mən ən yaxşı nəticə göstərməyə çalışacam. Biz bu mövsümü yaxşı başa vurmaq istəyirik və ümid edirik ki, bu yarış kifayət edəcək ki, Mühəndislər Kubokunda Braziliyada McLaren komandasına verdiyimiz üçüncü yeri geri qaytaraq.

Çətin vəzifədir, rəqiblərimiz çox güclüdürlər, həm də Braziliyada titulun və Mühəndislər Kubokunun sahibləri müəyyən olundu, ona görə də bəzi sürücülər daha çox risk edəcəklər. Bizim rəqiblərimiz hələ də maşını təkmilləşdirirlər, biz isə iyulun sonunda Macarıstanda yarışdığımız maşınla bu trasa çıxacayıq.

Qüvvələr nisbətini öncədən söyləmək çətindir, axı biz birinci dəfə Abu Dabidə çıxış edəcəyik. Deyilənlərə görə, təşkilatçılar əla iş görüblər, bizi maraqlı yarış gözləyir – yarışın təbii işıqda başlayıb süni işıqda qurtarması da azarkeşlər üçün maraqlı olacaq.

Mən dediyim kimi, tezliklə Ferrari-ni üçillik əməkdaşlıqdan sonra tərk edəcəm. Mən öz nailiyyətlərimlə fəxr edirəm, xüsusən də 2007-ci ildə çempion titulu və 2007-ci və 2008-ci illərdə Mühəndislər Kubokundakı qələbələrimlə. Bu il bizim maşın komandanın ümid etdiyi qədər rəqabətədavamlı olmadı, amma biz bir yarışda qələbə qazandıq, xal toplaya bildik. Ümid edirik ki, biz mövsümü yaxşı başa vuracayıq!”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*