K.Rəykkönen gələcəkdə ralliyə keçməyə hazırla

Kimi Rəykkönen etiraf edib ki, Formula1-də karyerasını başa vurduqdan sonra avtoralliyə keçmək barədə düşünür. Sabah Kimi birinci dəfə avtoralli üzrə […]

Kimi Rəykkönen etiraf edib ki, Formula1-də karyerasını başa vurduqdan sonra avtoralliyə keçmək barədə düşünür. Sabah Kimi birinci dəfə avtoralli üzrə dünya çempionatının (WRC) təqviminə daxil olan Rally Finland yarışında Fiat Abarth Grande Punto S2000 maşınının sükanı arxasında çıxış edəcək. Bu maşında Kimi 2009-cu ildə artıq 3 dəfə müxtəlif yarışlarda starta çıxıb və ekspertlərin fikrincə, yüksək səvviyədə çıxış edib. Finlandiyanın Yuvyaskulya şəhərində keçən mətbuat konfransında Kimidən soruşublar ki, gələcəkdə o karyerasını raliidə davam etdirmək istəmirmi?

Kimi Rəykkönen: “Əlbəttə, istəyirəm. Hələlik mən Formula1-də çıxış edirəm, mənim gələn il üçün müqaviləm var, amma bundan sonra rallini istisna etmək olmaz. Mənim həmişə rallidən xoşum gəlib və mən şadam ki, sabah Rally Finland yarışında starta çıxacam – hələ çox şey öyrənməliyəm.

Avtoidmandan getmək üçün mən hələ çox gəncəm, ona görə də hətta Formula1-də karyeramı başa vursam belə başqa seriyalara keçə bilərəm. Bəlkə mənim karyeram Formula1-də davam edəcək, hadisələrin necə cərəyan etməsindən çox şey asılıdır. Mən tələsmirəm, qərar qəbul etməyə hələ ən azı bir ilim var.”

Mixael Şumaherin Formula1-ə qayıtması barədə suala Kimi özünəməxsus tərzdə cavab verib: “Mənim üçün fərqi yoxdur ki, ikinci Ferrari-nin sükanı arxasında kim oturacaq. Məncə, hələ tam əminlik yoxdur ki, o Valensiyada starta çıxacaq. Mixael bir çox yoxlamalardan keçməlidir və sonra qərar qəbul edəcək. Amma o mənim komanda yoldaşım olsa, yaxşı olardı. Bizim keçmişdə də bir komandada çıxış etmək şansımız var idi, amma bu alınmamışdı, baxaq görək bu dəfə necə olacaq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*