18 Sentyabr 2019, Çərşənbə - 07:20

Stüardlardan iki protokol

Stüardlardan iki protokol

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

08:32 - 08 May, 2011

Sıralanma turu başa çatdıqdan sonra Türkiyə Qran Prisinin stüardları Pol di Restaya rəsmi xəbərdarlıq elan ediblər. İkinci sessiya başa çatdqdan […]

Sıralanma turu başa çatdıqdan sonra Türkiyə Qran Prisinin stüardları Pol di Restaya rəsmi xəbərdarlıq elan ediblər. İkinci sessiya başa çatdqdan sonra sürücü tərəzidə məcburi çəkilməyə gəlməyib, amma ciddi cərimədən qurtula bilib, çünki başqa maşın üzündən siqnalı görə bilməyib.

Pol di Resta: “Mən əvvəllər bu prosedurda iştirak etməmişəm və cərimədən qurtulduğum üçün şadam, amma mən həqiqətən işıq siqnalını görmədim. Mən Toro Rosso maşınının arxasında idim və marşallardan biri əlini yellədi. Mən bu hərəkəti başa düşmədim – yəni bu hərəkət kimə yönlənmişdi, mənə yoxsa məndən öndə olan sürücüyə. Sonra biz dərhal FİA-ya təklif etdik ki, tərəzidə çəkilməyə hazırıq.”

Stüardların digər protokolunda isə Kamui Kobayaşinin starta buraxılması barədə bəyanat verilib. Sürücü maşının nasazlığı üzündən sıralanma turunda heç bir nəticə göstərə bilməyib və formal olaraq 107%-lik səddi aşa bilməyib, amma stüardlar bu halda sürücünün sərbəst yürüşlərdə sürətli olmasın nəzərə alaraq, reqlamentdə nəzərdə tutulan istisnaya gediblər. Yaponiyalı sürücü yarışa sonuncu yerdən başlayacaq…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 269
Teqlər
Paylaş

logo