12 Dekabr 2018, Çərşənbə - 09:14

Lotus Renault GP yeni rəng çalarlarını göstərib

Lotus Renault GP yeni rəng çalarlarını göstərib

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

20:43 - 15 Yanvar, 2011

Birgmengemdə başlayan yarış şousunda Lotus Renault GP komandası 2011-ci ildə maşınların rəsmi rəng çalarlarını nümayiş etdirib. Qara-qızıl qamma əfsanəvi Lotus […]

Birgmengemdə başlayan yarış şousunda Lotus Renault GP komandası 2011-ci ildə maşınların rəsmi rəng çalarlarını nümayiş etdirib. Qara-qızıl qamma əfsanəvi Lotus komandasının 70-80-ci illərdəki klassik rənglərinə qarışır və yeni Lotus-Renault alyansının fərqlənmə nişanına çevrilməlidir.

Builki R31 şassisinin debütü Valensiyada yanvarın 31-də planlaşdırıldığı üçün sərgiyə toplaşanlar keçənilki R30-u yeni rənglərə boyanmış görüblər. Lotus Group-un icraçı direktoru Dəni Bahar hesab edir ki, qarşıdakı mövsüm əməkdaşlığın ilk təcrübəsi olacaq, perspektivdə isə komanda tamamilə şirkətin mülküiyyətinə keçə bilər…

Dəni Bahar: “Biz Lotus-un prinsiplərinə sadiqik və məhz buna görə də yarışlara qayıtmışıq. Bu il biz sadəcə sponsor və ya həmsahibik, işçi prosesə qatışmırıq. Hazırda hər şey pozitiv görünür: Renault – tanınmış addır, biz bu adı saxlayacayıq, bizim şassilər Renault adlanacaq.

Qarşıdakı iki il belə olacaq, gələcəkdə isə, xüsusən də yeni Razılaşma Müqaviləsi bağlandıqdan sonra, baxarıq. Hələlik biz sadəcə sponsoruq, həmsahib kimi sözümüz keçir və bizi belə vəziyyət qane edir.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 197
Teqlər
Paylaş

logo