Komandalar McLaren-in antiqanadının leqallığından şübhələnirlər

Red Bull komandasının başçısı Kristian Horner jurnalistlərə bildirib ki, onun komandası və Ferrari komandası FİA-dan izahat gözləyirlər – McLaren maşınlarının […]

Red Bull komandasının başçısı Kristian Horner jurnalistlərə bildirib ki, onun komandası və Ferrari komandası FİA-dan izahat gözləyirlər – McLaren maşınlarının arxa antiqanadının konstruksiyasının reqlamentə uyğunuluğu barədə. Barselona testlərində komandanın mühəndisləri motorun üstündəki hava kanalının və arxa antiqanadının separatorlarının yeni konstruksiyasını yoxlayıblar, son üç ildə bu separatorlardan konstruksiyanın möhkəməlyini artırmaq üçün istifadə olunurdu, amma indi onlar düz yolda sürət üstünlüyü verə bilər. Komandalar belə bir konstruksiyanın leqallığına şübhə edirlər…

Kristian Horner: “McLaren-in arxa antiqanadının konstruksiyasındakı ayırıcı düz yolda süərtin artırılmasına xidmət edir və mən düşünürəm ki, bu məsələni ilk yarış ərəfəsində həll etmək lazımdır. Biz FİA-dan izahat istəmişik, hərçənd, düzünü desəm, mənə elə gəlir ki, bu məsələ Ferrari-ni daha çox narahat edir.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*