Kimi Antonelli: Mən tempimi azaltmaq fikrində deyiləm

Kimi Antonelli Madrinq yeni avtodromunda qalib gələn ilk sürücü olub - Mercedes komandasının 20 yaşlı pilotu mövsümdə səkkizinci dəfə podiumun zirvəsinə qalxıb. Finişdən sonra o deyib ki, yarış çox da asan keçməyib, lakin bununla yanaşı etiraf edib ki, qələbəyə ondan daha çox Lando Norris layiq idi.

Kimi Antonelli: “Bəli, çox çətin yarış oldu, onu əsla asan adlandırmaq olmaz, ən çətini isə təkərlərlə işləmək oldu. Qələbə qazanmaq həmişə xoşdur, amma bu qələbəyə görə tam sevinmirəm, çünki, məncə, bu gün ona Lando layiq idi, başa düşürsünüz? Amma yenə də biz onu qəbul edirik.

Qalan məsələlərdə yarışı çox inamlı keçirmişik, xüsusən də məsafənin sonuna doğru sərt təkərlərdə tempimiz çox yaxşı oldu. İndi isə vəzifəmiz hücumu davam etdirməkdir.

Həftəsonu ümumilikdə inanılmaz dərəcədə uğurlu alındı, bizə enerji verdiklərinə görə azarkeşlərə təşəkkür edirəm və artıq gələn il bu trasa qayıtmaq istəyirəm. Bu mövsümdən danışsaq, tempimi azaltmaq fikrində deyiləm, qalan hər yarışda hücumu davam etdirmək, yüksək nəticələr uğrunda mübarizə aparmaq və bundan əvvəlki kimi zövq almaq niyyətindəyəm.

Hər Qran Pridə 100 faiz gücümlə işləməyə çalışacağam, ilin sonunda isə görəcəyik nəyə nail ola biləcəyik”.