Kerpendə M.Şumaxerin ad günü qeyd olunub

Kölndə dərc olunan Express qəzeti xəbər verir ki, Mixael Şumaxerin 46-cı ad günü onun doğma Kerpen şəhərciyində sürücünün fan-klubu tərəfindən […]

Kölndə dərc olunan Express qəzeti xəbər verir ki, Mixael Şumaxerin 46-cı ad günü onun doğma Kerpen şəhərciyində sürücünün fan-klubu tərəfindən qeyd olunub. Toplaşanların arzu və təbriklərini Mixaelə çatdırmaq üçün 46 hava şarı səmaya buraxılıb.

F-1.az bir daha xatırladır ki, almaniyalı sürücü 2013-cü ilin dekabrında xizəkdən yıxılaraq ağır kəllə-beyin zədəsi almışdı. Yeddiqat dünya çempionu bir ildən çoxdur ki, bərpa prosessi keçir.

Fan-klubun prezidenti Rayner Ferlinq klub üzvləri adından bildirib ki, “biz ümid edirik ki, növbəti ad gününü Mixael bizimlə keçirəcək…”

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*