K.Sayns: “Tənqidçiləri anlamıram”

Toro Rosso komandasının sürücüsü Karlos Sayns 2017-ci ildə ötmələrin çətin olacağını deyənləri tənqid edib və onları mövsümün başlamasını gözləməyə dəvət edib.

F-1.az xatırladır ki, yeni mövsümdən etibarən texniki reqlamentdə dəyişikliklər olacaq və asfaltayatma qüvvəsi artacaq. Beləliklə, bolidlərin 4-5 saniyə sürətlənməsi gözlənilir.

Amma mütəxəssislər qorxurlar ki, yeni qaydalar ötmələrin sayını azaltsın. Lakin Karlos Sayns bu barədə Avstraliya yarışından sonra danışmaq istəyir: “Hardan bilirlər? Son aylarda mənfi fikirlər eşidirəm və bundan narahatam. Bolidi test etməmiş niyə belə danışırlar bilmirəm. İndi yeni bir fürsət var. Bəlkə DRS-in təsiri daha çox oldu? Bəlkə təkərlər daha çox sürməyə imkan verdi? Bizm üçün yaxşı ola bilər. Mühərriklərin gücü onsuz da 1000 at qüvvəsinə yüksəlib. Uzun müddətdən sonra yenə daha çox asfaltayatma qüvvəsinə sahibik. Hamı bunu ən gözəl illərə bənzədir. Uzun müddətdir ki, belə böyük təkərlər görmürdük və Pirelli bildirib ki, aşınma daha az olacaq. Ötmələr? 2004-cü və 2005-ci ildə ötmələr az idi, amma hamı o günləri istəyir”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*