K.Sayns: Maksimum nəticə almalıyıq

McLaren komandasının sürücüsü Karlos Sayns bildirib ki, Bəhreyndə maksimum nəticə qazanmağa çalışacaqlar.

F-1.az xatırladır ki, McLaren hazırda Racing Point komandası ilə üçüncü yer uğrunda mübarizə aparır.

Karlos Sayns: “Türkiyədə əla yarışaraq vacib xallar qazandıq. Qalan üç yarışda stabillik vacib olacaq. Bacardığımız qədər çox xal qazanmağa çalışacağıq. Əbu Dabidə finiş xəttinə qədər mübarizə aparacağıq.

Bəhreyndə ardıcıl iki yarış olacaq. Ümumilikdə bizi üçyarışlıq marafon gözləyir və bizim üçün çətin olacaq. Bu il təqvim çox gərgin idi. Lakin komanda olaraq buna hazırıq.

Bəhreyndəki trası həmişə çox xoşlamışam. İki fərqli quruluşdakı trasda yarışları səbirsizliklə gözləyirəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*