K.Sayns Ceyms Kiyə güvənir

Karlos Sayns 2017-ci ildəki qaydalara baxmayaraq, Ceyms Kinin güclü bolid dizayn edəcəyinə əmindir...

F-1.az xatırladır ki, Formula1-in qaydaları 2017-ci ildə dəyişir və buna görə də qüvvələr nisbətinin dəyişilməsi gözlənilir. Toro Rosso komandasının sürücüsü Karlos Sayns düşünür ki, Ceyms Ki gələn il üçün güclü bolid dizayn edəcək: “Ceyms Ki indiyə qədər güclü şassilər düzəldib, buna görə də onlara çox güvənirəm. 2009-cu ildə Ceyms Kini Force İndia-dan transfer etmək əla addım idi. Ümid edirəm ki, bu bizə kömək edər. Gələn il öndəki komandalardan biri olaraq, sürpriz edə bilərik. Bu mövzuda ona güvənirəm. Qarşımızda uzun yol var və biz yaxşı vəziyyətdəyik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*