F.Tost: Lekler Saynsdan 0.2 saniyə sürətlidir

AlphaTauri komandasının rəhbəri Frants Tost düşünür ki, Lekler komanda yoldaşı Saynsdan 0.2 saniyə sürətlidir.

F-1.az xatırladır ki, mövsümün 13 yarışından sonra Lekler ispaniyalı komanda yoldaşını 22 xal qabaqlayır. Sıralanma turunda da hesab 10-3 monakolunun xeyrinədir.

Əslində xal fərqi çox ola bilərdi, çünki Lekler bu mövsüm 3 dəfə lider gedərkən müxtəlif problemlərə görə mübarizəni dayandırıb.

Frants Tost: “Karlos çox istedadlı və çalışqan sürücüdür. Ferrari-də yaxşı performans göstərir və hər şey qaydasında olsa, Leklerlə başabaş gedə bilər. Lakin saf sürət cəhətdən Lekler 0.2 saniyə öndədir”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*