P.Qasli debütündən razı qalıb

Toro Rosso komandasının sürücüsü Pyer Qasli bildirib ki, Malayziyadakı ilk gündən sonra xoşbəxtdir.

F-1.az xatırladır ki, fransalı sürücü Malayziya yarışından etibarən Kvyatı əvəz edəcək.

Pyer Qasli: “Bu gün özümü əla hiss etdim. Bu, Formula1 sürücüsü kimi ilk günümdür. İlk sərbəst yürüşlərim idi. Çox gözəl gün oldu. Bu gün səhər boksdan ilk dəfə çxanda emosional idim. Çox xoşbəxtəm, ancaq komanda ilə işləməyə fokuslanmışam. Mümkün qədər rəqabətədavamlı və peşəkar davranmağa çalışıram.

Səhər hava şəraiti çətin idi, amma əla iş gördük. Nahardan sonra isə bolidə öyrəşməyə başladım. Hər dövrə özümü daha yaşı hiss etdim. Vaxta ehtiyacım var. Bu gecə çox işləyib sabaha hazırlaşmalıyıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*