Toro Rosso yeni maşınını göstərən sonuncu komanda olub

Toro Rosso komandası yeni mövsümə hazırladığı STR12 maşınını təqdim edib - bununla da çempionatın bütün komandaları yeni maşınlarını təqdim etmiş oldular.

F-1.az xatırladır ki, komandanın heyəti bu il dəyişməyib – Karlos Sayns və Daniil Kvyat barselonada Günəşin batmasına az qalmış STR12-ninü zərindən örtüyü çəkiblər.

Bu il komanda maşının rəng çalarlarını dəyişib – indi törəmə komandanın maşını ana komandanın maşınından xeyli fərqlənir. Sabah başlayacaq testlərdə STR12 və Rb13 maşınlarını müqayisə etmək maraqlı olacaq…

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*