19 Avqust 2019, Bazar ertəsi - 16:48

K.Rəykkönen ilk gündən razı qalıb

K.Rəykkönen ilk gündən razı qalıb

Müəllif: Rauf Hacıyev, redaktor

19:13 - 28 İyul, 2017

Ferrari komandasının sürücüsü Kimi Rəykkönen Macarıstandakı cümə günü sərbəst yürüşlərindən sonra bolidin sürətindən razı qalıb.

F-1.az xatırladır ki, peletonun ən yaşlı sürücüsü olan Kimi Rəykkönen Macarıstanda ilk günü 4-cü yerdə bitirib.

Kimi Rəykkönen: “İlk sərbəst yürüşlərə yaxşı başladıq və nahardan sonra isə bizim üçün daha çətin keçdi. Fərqli sazlanmalar üzərində işləsək də, bunlar istədiyimiz effekti vermədi. Buna görə də bir az vaxt itirdik. Amma bütün tərsliklərə baxmayaraq, əla gün oldu. Poul barədə heç nə düşünmürəm. Öndəki 3 komanda bir-birilərinə çox yaxındırlar. Görək nə olur. Bu gün trasda dayanmağımın səbəbini araşdıracağıq. Ciddi şey olduğunu düşünməsəm də, problemi tapmalıyıq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 508
Teqlər , , ,
Paylaş

logo