14 Noyabr 2019, Cümə axşamı - 20:12

K.Maqnussen həyəcanlıdır

K.Maqnussen həyəcanlıdır

Müəllif: Rauf Hacıyev, redaktor

06:53 - 23 Dekabr, 2016

Kevin Maqnussen bildirib ki, yeni komandası Haas ilə başlayacağı yeni macəradan əvvəl çox həyəcanlıdır.

F-1.az xatırladır ki, danimarkalı sürücü son mövsümü Renault ilə keçirmiş, amma komanda ilə yeni müqavilə barədə razılığa gəlməyərək, Haas-a transfer olunmuşdu.

Kevin Maqnussen: “İlk dəfə Formula1-də iki mövsüm ard-arda qalıram. Buna görə də mövsüm başlamamışdan əvvəl idman etməli və fiziki inkişafımı nəzarətdə saxlamalıyam. Yeni macəraya görə çox həyəcanlıyam.

Renault ilə gözəl günlər keçirdim. Orada öyrəndiklərimi heç vaxt unutmayacam, amma rəqiblərimizdən çox geridə idik və xal uğrunda mübarizə apara bilmədik. Ümid edirəm ki, yeni komandamla gözəl mövsüm keçirdərik və uğurlu nəticələr alarıq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 1. 456
Teqlər , ,
Paylaş

logo