K.Maqnussen atası ilə yarışmaq istəyir

Haas komandasının sürücüsü Kevin Maqnussen bildirib ki, bir gün atası ilə 24 saatlıq Le Man marafonunda çıxış etmək istəyir.

F-1.az xatırladır ki, Kevinin atası Yan Maqnussen 1995-1997-ci illərdə Formula1-də yarışmış və cəmi 1 xal toplaya bilmişdi.

Alonsonun İndy500-də yarışacağını açıqladıqdan sonra rəqibləri bu barədə fikir bildirirlər. Danimarkalı sürücü isə 2 qat Dünya Çempionunu dəstəkləyir: “Atam hələ də yarışır və bu işdən həzz alır. Mən hazırda Formula1-ə fokuslanmaq istəyirəm, amma bur gün atamla Le Manda mübarizə aparmaq istəyərəm. Balaca olanda atamın yarışlarına baxırdım və onunla yarışa bilməsəm, məyus olaram. Le Man kimi nüfuzlu bir yarışda qələbəni xəyal etmək belə gözəldir. Ümid edirəm ki, atamla birlikdə yarışa bilərik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*