J.Vilnöv: “Atasının şöhrəti Mik üçün əngəldir”

Ferrari və Mercedes-in maraq dairəsində olan Mik Şumaxerin tezliklə Formula1-də çıxış etməsi gözlənilir. Amma Formula1 üzrə 1997-ci ilin Dünya Çempionu Jak Vilnöv düşünür ki, bu iş Mik üçün heç də asan olmayacaq.

F-1.az xatırladır ki, Mik Şumaxer bu il Formula3-də debüt edəcək. Amma Jak Vilnöv düşünür ki, Formula1 əfsanəsi Mixael Şumaxerin oğlunun qabağına bu yolda çoxlu bağlı qapılar çıxacaq və Mik bu qapıları açmaq üçün güclü və səbirli olmalıdır: “Yarışdığım dövrlərdə fərqli gün və yaşlarda idim. Sosial şəbəkələr və marketinq arxa planda idi. Onun atası qısa müddət əvvəl 7 dəfə Dünya Çempionu olub və bu hal onun işini çətinləşdirəcək. Üzərindən az vaxt keçdiyi üçün bu yükü daşımaq ona çətin olacaq. Mik zehni cəhətdən bu vəziyyətə nəzarət edə bilsə, önündəki qapıları rahatlıqla aça bilər.

Əgər doğrudan da Formula1-də mübarizə aparmaq istəyirsə, bunun üçün üzərində işləməli və əngəllərlə qarşılaşacağını anlamalıdır. Açıq qapılar çox olacaq, amma onlar tez bağlanacaq və digər sürücülər üçün açmaq asanlaşacaq. Bütün mətbuat və fanlar təcrübəsi olmadığı halda ona əfsanəvi sürücü kimi baxacaqlar. Ən böyük fərq bu olacaq”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*