İtaliyada Mucellonun təqvimə qayıdacağına əmindirlər

Mucello trasının sentyarbda yarış qəbul etmək üçün əsas namizədlərdən biri olduğunu dəfələrlə yazmışıq. İlkin məlumatlara görə bu, Montsadakı yarışdan bir həftə sonra gözlənilir.

F-1.az xatırladır ki,İtaliya Qran Prisindən sonrakı yarış Ferrari üçün 1000-ci olacaq. İtalyanlar bu yubileyi öz doğma ölkələrində qeyd edə bilərlər. Tras Florensiya şəhərindən 1 saat məsafədə yerləşir.

Şəhərin meri Dario Nardella İtaliyada daha bir qran prinin baş tutacağını dünən təsdiq edib: “Mucelloda F1-i qəbul etməyə çox yaxın olduğumuzu düşünürəm. İşlərin qaydasında gedəcəyinə haradasa şübhəm yoxdur. Bizim üçün tarixi an olacaq”.

Qeyd edək ki, təqvimin davamı bu gün açıqlana bilər. Mucello ilə yanaşı, İmola, Hokkenhaym və Portuqaliyanın Portimao trası da namizəddir. Soçidə barədə isə şayiələr müxtəlifdir. Burada 2 yarışın keçiriləcəyini deyənlər də var, ümumiyyətlə bu il ləğv olunacağını deyənlər də…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*