İspaniya-2016: Mətbuat konfranslarının cədvəlləri

İspaniya Qran Prisi günlərində FİA-nn rəsmi mətbuat konfranslarının Formula1-dən iştirakçılarının adları açıqlanıb.

Cümə axşamı Fernando Alonso (McLaren), Lyuis Həmilton (Mercedes AMG), Kevin Maqnussen (Renault), Maks Ferstappen (Red Bull) və Toro Rosso-nun hər iki sürücüsü Daniil Kvyat və Karlos Sayns jurnalistlərin suallarına cavab verməli olacaqlar.

Cümə günü isə sürücüləri komandaların məsul işçiləri – Siril Abitebul (Renault), Mauritsio Arrivabene (Ferrari), Robert Förnli (Force İndia), Yusuke Haseqava (Honda Motorsport), Toto Volff (Mercedes Motorsport) və Kristian Horner (Red Bull) əvəz edəcəklər.

F-1.az xatırladır ki, şənbə və bazar günləri mətbuat konfransına sıralanma turu və yarışın ilk üçlüyü dəvət olunur…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*