H.Marko: “Çox şeyi strategiya və ustalıq həll edəcək”

Kleinen Zeitung qəzetinə müsahibəsində Red Bull şirkətinin idman məsləhətçisi Hlemut Marko mövsümün birinci yarışının təxirə salnmasının qüvvələr nisbətinə təsirindən danışıb… […]

Kleinen Zeitung qəzetinə müsahibəsində Red Bull şirkətinin idman məsləhətçisi Hlemut Marko mövsümün birinci yarışının təxirə salnmasının qüvvələr nisbətinə təsirindən danışıb…

Helmut Marko: “Bəhreyn Qran Prisinin təxirə salınması vəziyyəti bərabərləşdirəcək, son testlərdə güclü görünən komandalara mane olacaq – digər komandalar bu müddət ərzində inkişaf edə bilərlər, çünki hazırda inkişafı davam etdirmək çox vacibdir. Yarışın təxirə salınması o demək deyil ki, biz əməkdaşlarımızı məzuniyyətə göndərəcəyik. Maşın mövsümün ilk yarışına hazırlanmalıdır, bu isə hətta biz gözlədiyimizdən də tez baş verəcək.

Testlərdə Red Bull və Ferrari güclü görünürdülər, amma McLaren Avstraliya Qran Prisinə qədər geriqalmanı araadan qaldırmaq şansı əldə edib. Bizim təkərlərlə bağlı problemlərimiz oldu, hərçənd, rəqiblərimizə nisbətən bizizm problemlərimiz çox azdır. Təkər çox tez yeyilir, ona görə də bu il çox şeyi strategiya və sürücünün ustalığı həll edəcək – səhv qərarlar bir dövrədə dörd saniyənin itkisinə səbəb ola bilər.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*