10 Dekabr 2018, Bazar ertəsi - 08:18

Bəhreyndə anşlaq gözləyirlər

Bəhreyndə anşlaq gözləyirlər

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

14:04 - 06 Yanvar, 2011

Keçən il olduğu kimi, yeni mövsüm Bəhreyndə yarışla başlayacaq, keçənilki yarışa uik-end zamanı 100 min tamaşaçı toplanmışdı. Saxir üçün bu […]

Keçən il olduğu kimi, yeni mövsüm Bəhreyndə yarışla başlayacaq, keçənilki yarışa uik-end zamanı 100 min tamaşaçı toplanmışdı. Saxir üçün bu rəqəm debüt 2004-cü ilindən sonra rekord olub.

Dünən xüsusi mətbuat konfransında avtodromun başçısı Salman ibn Hamad əl-Xəlifə və yarışın titul sponsoru Gulf Air aviaşirkətinin icraçı direktoru Samir Macali qarşıdakı yarış zamanı nəzərdə tutulan tədbirlər barədə danışıblar, təşkilatçılar rekord ziyarəti saxlamaq fikrindədirlər.

Formula1 yarışından və dəstək yarışlarından əlavə tamaşaçıları böyük əyləncəli proqram gözləyir – ən başlıcası isə McLaren maşınlarının əfsanəvi modellərinin sərgisi təşkil olunacaq.

Keçən il təşkilatçılar hazırda sağ olan dünya çempionlarını Bəhreynə toplamışdılar, bu il isə onlar yenidən tamaşaçıları təəccübləndirməyə çalışacaqlar…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 208
Teqlər
Paylaş

logo