F.Uilyams: “Komanda Cosworth motorlarına keçəcək”

Frənk Uilyams təsdiq edib ki, onun komandası gələn il Cosworth mühərriklərindən istifadə edəcək. Britaniyanın Autosport saytının məlumatına görə, Williams rəhbərliyinin […]

Frənk Uilyams təsdiq edib ki, onun komandası gələn il Cosworth mühərriklərindən istifadə edəcək. Britaniyanın Autosport saytının məlumatına görə, Williams rəhbərliyinin Renault ilə danışıqları nəticə verməyib və bir neçə həftə əvvəl Cosworth motorlarının xeyrinə prinsipial qərar qəbul olunub, xatırladaq ki, komanda 2006-cı ildə bu motorlardan istifadə edirdi. Amma Williams-ın başçısı Abu Dabidə dərc olunan Gulf News qəzetinə müsahibəsində ilk dəfə bu məlumatı təsdiq edib…

Frənk Uilyams: “Biz Toyota ilə müqaviləni pozduq və Britaniyanın Cosworth motorlarına keçirik, biz onlarla keçmişdə bir neçə çempionatda qalib gəlmişik.

Cosworth zavodu bizim bazadan 80 km uzaqlıqda yerləşir, bu çox rahatdır. Bundan başqa biz öz müstəqilliyimizi yüksək qiymətləndiririk və bu seçimlə özümüzü xarici təsirlərdən qoruya bilərik. Demək istəmirəm ki, Toyota bizə nəyisə əmr edirdi, amma biz öz yolumuzla getməyə üstünlük veririk.”

Müzakirə bağlıdır.