M.Hakkinen də Mixaeli dəstəkləyib

İkiqat dünya çempionu Mika Hakkinen Formula1-in bir çox keçmiş sürücüləri kimi Mixael Şumaheri müdafiə edib – yeddiqat dünya çempionu hələlik […]

İkiqat dünya çempionu Mika Hakkinen Formula1-in bir çox keçmiş sürücüləri kimi Mixael Şumaheri müdafiə edib – yeddiqat dünya çempionu hələlik azarkeşlərin ümidlərini doğrultmur.

Mika Hakkinen: “Mən əminəm ki, Şumaher bu mövsüm yarışlardan birində mütləq qələbə qazanacaq. Mən başa düşürəm ki, o qarşısına hər hasnı bir məqsəd qoyduqda nə ilə yaşayır, bilirəm ki, bu zaman o necə gərgin işləyir. Amma Mixaelə çətin olacaq. Formula1 gözləmir, heç kimi də bağışlamır, heç kimə də yazığı gəlmir.

Mixaeli hər şeydən az öz mənafeyi düşündürür, amma o yaxşı nəticə göstərə bilməsə, çox məyus olacaq. Hazırda vəziyyət belədir. Amma bu idman tam diqqət tələb edir, sənin 41 yaşın olanda uğur qazanamq çox çətindir. Bu yaşda sənin artıq başqa meyarların var.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*