Hitech komandası Vipslə yarışmağa davam edəcək

Red Bull komandasının müqaviləsini ləğv etdiyi Yuri Vips mövsümün sonuna qədər Hitech komandasında yarışmağa davam edəcək.

F-1.az xatırladır ki, estoniyalı sürücü canlı yayımda oyun oynayarkən irqçi ifadə istifadə etmiş və buna görə də Red Bull onunla müqaviləni ləğv etmişdi. Hitech komandasının da eyni addımı atması gözlənilirdi, ancaq Britaniya təmsilçisi gənc sürücüyə şans verməyə davam edib.

Bu barədə komandanın rəhbəri Oliver Oakes belə açıqlama verib: “Yuri mövsümün sonuna qədər bizimlə yarışacaq. Bu qərarı çox müzakirə etdik. Biz ona bu fürsəti verərək, özünü isbat etməsinə şərait yaradırıq. Dediyi sözqəbul olunmazdır, amma vəziyyəti kompensə etməsi üçün ona şans verirəm”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*