Haas-da hər şey plana görə gedir

Haas komandasının rəhbəri Günter Ştayner bildirib ki, 2023-cü ilin maşınının inkişafı plana uyğun gedir.

F-1.az xatırladır ki, Haas komandası uzun 2019-cu ildən sonra yenidən orta qrup mübarizəsinə qayıdıb və bəzi yarışlarda güclü təsir bağışlayıb. Amerikalılar yay tətilindən gələn ilin maşınına fokuslanmağa başlayıblar və buna görə onların növbəti mövsümdə də güclü olması gözlənilir.

Günter Ştayner: “Komandada hamı gələn ilə hazırlanmaq üçün çox işləyir. Bolidin inkişafı plana görə gedir. Rəqiblərimizin nə etdiyini isə bilmirəm. Bunu qış testlərində öyrənəcəyik.

Texniki direktorumuz Simone Resta öz komandasını yanvardan yığmağa başlamışdı və iki aya tamamladı. Buna görə də builki bolidin üzərində gec işləməyə başladıq. Buna baxmayaraq, daha güclü maşın düzəltdik. Düşünürəm ki, get-gedə güclənəcəyik. Gələn il üçün nikbinəm”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*