H.Marko Ferstappenin tənqidlərinə cavab verib

Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko gənc sürücüsü Maks Ferstappenin tənqidlərində problem görmür.

F-1.az xatırladır ki, hollandiyalı sürücü Red Bull-un ikinci yarıdakı performansından narazı qalıb və inamını itirdiyini deyib.

Helmut Marko: “Maks qismən haqlıdır. Son yarışlarda ilk dövrədən problemlər yaşayıb. Biz sürücülərimizin fikirlərini dinləyirik və bunun problemi yoxdur.

Bu il Maksı ən gənc Dünya Çempionu etmək üçün son şansımız idi. Gələn il hər şeyi bir araya gətirməliyik. Qələbə qazanmaq bizim genimizdədir. Şassi cəhətdən də güclü olacağıq. Honda-nın inkişafı da vacibdir. Ferrari ilə eyni gücdə olmalıyıq”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*