H.Marko: Ferrari bizə çata bilməz

Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko bildirib ki, Ferrari onlara inkişaf tempində çata bilməz.

F-1.az xatırldır ki, Ferrari mövsümə əla başlayıb və hazırda hər iki cəbhədə də liderdir. Lakin İmolaya yeniliklərlə gələn Red Bull rahatlıqla qələbə dubluna imaza atıb və lider Ferrari ilə fərqi xeyli azaldıb.

Red Bull mövsüm başlayandan hər yarışa yeniliklər gətirir. Ferrari isə demək olar ki, Barselona testlərindəki maşınla yarışır.

Helmut Marko: “Onlar inkişafda bizə çata bilməz. İmolada onlar üzərində təzyiq quran kimi səhvlərə yol verdilər. Lekler cümə günü iki dəfə yerində fırlandı. Daha sonra isə sıralanma turunda və yarışda Saysla Lekler yerlərində fırlandılar.

Yenə də Ferrari ilə aramızda gözəl, dostcasına və idmana yaraşan rəqabət var. Çempionluq uğrunda mübarizə maraqlı keçəcək. Ümid edirəm ki, keçənilki kimi son yarışa qalmaz”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*