G.Ştayner debütant sürücü istəmir

Haas komandasının rəhbər Günter Ştayner bildirib ki, bir müddtə debütant sürücülərdən uzaq duracaqlar.

F-1.az xatırladır k, Mik Şumaxerin müqaviləsi ilin sonunda başa çatacaq və tərəflər hələ də yeni müqavilə imzalamayıblar. Hazırda bu yerə Niko Hülknberq, Daniel Rikkardo və Mik Şumaxer namizəddir. Ancaq Günterin radarında debütant sürücü yoxdur. Bunun əsas səbəbi isə 2021-ci ildə debütant cütlük olan Mik Şumaxer və Nikita Mazepindən narazı qalmasıdır.

Günter Ştayner: “Hələ düşünürəm. İstəmirik ki, sonra tez qərar verdiyimiz üçün peşman olaq. Tələsməyə ehtiyac yoxdur. Artıq boş yerlər və sürücülər arasında elə də çox seçim yoxdur. Buna görə də ən doğru qərarı verməliyik.

Yaxın gələcəkdə debütantlarla işləməyəcəm. Komanda üçün ən doğru sürücünü seçməliyik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*