Fransa-2021: Yarış

Fransa Qran Prisi bir illik fasilədən sonra təqvimə qayıdıb. Son illərdə ilk dəfədir ki, mövsümün yeddinci yarışına çatsaq da, aşkar favorit yoxdur, lakin avstriyalılar bir qədər öndə görünürlər. Həm Mercedes, həm də Red Bull bura 3 qələbə ilə gəlib.

F-1.az xatırladır ki, cümə axşamı baş tutan məşqlərdə Valtteri Bottas və Maks Ferstappen lider olubdular. Dünənki sərbəst yürüşlərdə isə Maks bir daha hamıdan fərqlənib. Niderlandlı sürücü sıralanma turunda da hegemonluğunu davam etdirərək, əsas rəqibi Həmiltonu üstələyib və poulu əldə edib.

Pirelli bura orta üçlüyü – C2, C3 və C4 tərkibləri gətirib. Medium və Soft təkərlər arasında fərq az olub. Yumşaq təkərlər sürətlə aşındığından yarışa onlarla başlayan olmayıb. Okon, Covinatsi, Rəykkönen, Mazepin və Stroll sərt, qalan sürücülər isə orta təkərlərlə start alıblar.

Yarışa Ferstappen və Həmilton ilk, Bottas və Peres ikinci, Sayns və Qasli isə üçüncü cərgədən başlayıblar. Sıralanma turunda zədələnən Tsunodanın maşınının ötürmələr qutusu dəyişdirilib, qapalı park qaydaları pozulduğu üçün yapon sürücü yarışa pit-leyndən başlamalı olub.

Səhər keçirilən Formula3 yarışı zamanı yağış yağsa da, sonradan dayanıb, asfalt tamamilə quruyub.

Startdan sonra ilk döngədə Ferstappen səhvə yol verərək şikananı kəsib, Həmilton onu ötərək liderliyə yüksəlib. Alonso Lekleri keçsə də, monakolu sürücü mövqeyini qaytarıb. Yerindən ləng tərpənən Norris iki yer itirib. 2-ci dövrədən sonra ilk onluq: Həmilton – Ferstappen – Bottas – Peres – Sayns – Qasli – Lekler – Alonso – Rikkardo – Norris.

Mazepin Şumaxeri qabaqlayaraq sonuncu yerdən qurtulub. İlk üçlükdəki sürücülər ardıcıl sürətli dövrələr vurmağa başlayıblar. 9-cu dövrədə Stroll Rəykköneni geridə qoyub. İki dövrə sonra isə McLaren sürücüləri Alonsonu keçiblər. Bottas dördüncü döngədə səhvə yol verərək bir qədər vaxt itirib. Alonso Fetteldən də geri qalıb. Rikkardo yüksəlişini davam etdirərək Lekleri də üstələyib.

Pit-stop dalğası başlayıb, 15-ci dövrədə Lekler, 16-cı dövrədə Tsunoda və Şumaxer, 17-ci dövrədə Rikkardo, 18-ci dövrədə Bottas, Sayns, Qasli və Rassell, onlardan bir dövrə sonra isə Ferstappen, Alonso və Latifi təkərlərini dəyişiblər. Bottas tempini artırsa da, Maks trasa ondan 1 saniyə önfə qayıdıb.

19-cu dövrədə pit-stop edən Həmilton trasa Ferstappenin arxasında qayıdıb. Lyuis təzyiq göstərməyə çalışsa da, hücum şansı əldə etməyib. Rəykkönen 22-ci dövrədə Lekler, növbəti dövrədə isə Rikkardo, Sayns və Qasli tərəfindən keçilib. Şarl daha sonra Covinatsini də məğlub edib. Peres və Norris 23-cü dövrədə pit yoluna üz tutublar. İki dövrə sonra Lekler Okonu da keçib, lakin bir qədər sonra Rikkardo ilə 7-ci yer uğrunda mübarizədən məğlub ayrılıb.

32-ci dövrədə Norris Saynsı, Alonso isə Lekleri qabaqlayıb. Ferstappen təkərlərin çox aşınmasından şikayət edib. Həmilton da tempini bir qədər azaldaraq təkərlərini qorumağa başlayıb. 32-ci dövrədən sonra ilk onluq: Ferstappen – Həmilton – Bottas – Peres – Fettel – Stroll – Rikkardo – Norris – Sayns – Qasli.

Maks 33-cü dövrədə növbəti pit-stopunu edib. Norris komanda yoldaşını geridə qoyub. Rəykkönen 34-cü, Stroll isə 35-ci dövrədə təkərlərini dəyişib. Ferstappen Peresi keçib və 11 saniyə gerisində olduğu Həmiltona çatmaq üçün  yüksək tempdə sürməyə davam edib. Alonso Saynsı keçərək 9-cu yerə qalxıb. Fettel və Lekler də pit-stopa yollanıblar.

Ferstappen 44-cü dövrədə Bottası üstələyib və Həmiltonla fərqi 5 saniyəyə qədər endirib. Fettel də Saynsı keçib. İspan sürücü Strolla da uduzaraq xal zonasından çıxıb. Peres isə Bottası geridə qoyaraq podium şansını artırıb. Ferstappen sürətlə yaxınlaşdığı Həmiltonu nəhayət, sona bir dövrə qalmış üstələyərək liderliyə yüksəlib.

Maks Ferstappen mövsümdə üçüncü, karyerasında isə 13-cü qələbəsini qazanaraq çempionatdalı liderliyini bir qədər də möhkəmlədib. Lyuis Həmilton ikinci olub, Serxio Peres isə finiş xəttini üçüncü keçərək podiumu tamamlayıb.

Red Bull Mühəndislər Kubokunda fərqi 37 xala çatdırıb. McLaren isə Ferrari-ni geridə qoyub.

Yarışı yarımçıq saxlayan sürücü olmayıb.

Mübarizə gələn həftəsonu Avstriyada davam edəcək.

Yer N Sürücü Komanda Zaman/Fərq Pit
1 33 Maks Ferstappen Red Bull 1:27:25.770 2
2 44 Lyuis Həmilton Mercedes AMG + 0:02.904 1
3 11 Serxio Peres Red Bull + 0:08.811 1
4 77 Valtteri Bottas Mercedes AMG + 0:14.618 1
5 4 Lando Norris McLaren + 1:04.032 1
6 3 Daniel Rikkardo McLaren + 1:15.857 1
7 10 Pyer Qasli AlphaTauri + 1:16.596 1
8 14 Fernando Alonso Alpine + 1:17.695 1
9 5 Sebastyan Fettel Aston Martin + 1:19.666 1
10 18 Ləns Stroll Aston Martin + 1:31.946 1
11 55 Karlos Sayns Ferrari + 1:39.337 1
12 63 Corc Rassell Williams +1 dövrə 1
13 22 Yuki Tsunoda AlphaTauri +1 dövrə 1
14 31 Esteban Okon Alpine +1 dövrə 1
15 99 Antonio Covinatsi Alfa Romeo +1 dövrə 1
16 16 Şarl Lekler Ferrari +1 dövrə 2
17 7 Kimi Rəykkönen Alfa Romeo +1 dövrə 1
18 6 Nikolas Latifi Williams +1 dövrə 1
19 47 Mik Şumaxer Haas +1 dövrə 1
20 9 Nikita Mazepin Haas +1 dövrə 1

 

Sürətli dövrə: Maks Ferstappen (Red Bull) – 1:36.404 (35-ci dövrə, 218.156 km/s)

 

SÜRÜCÜLƏRİN ÇEMPİONATI:

Yer N Sürücü Ölkə Komanda Xal
1 33 Maks Ferstappen Red Bull Racing 131
2 44 Lyuis Həmilton Mercedes-AMG Petronas F1 Team 119
3 11 Serxio Peres Red Bull Racing 84
4 4 Lando Norris McLaren Racing 76
5 77 Valtteri Bottas Mercedes-AMG Petronas F1 Team 59
6 16 Şarl Lekler Scuderia Ferrari Mission Winnow 52
7 55 Karlos Sayns Scuderia Ferrari Mission Winnow 42
8 10 Pyer Qasli Scuderia AlphaTauri Honda 37
9 3 Daniel Rikkardo McLaren Racing 34
10 5 Sebastyan Fettel Aston Martin Cognizant F1 Team 30
11 14 Fernando Alonso Alpine F1 Team 17
12 31 Esteban Okon Alpine F1 Team 12
13 18 Ləns Stroll Aston Martin Cognizant F1 Team 10
14 22 Yuki Tsunoda Scuderia AlphaTauri Honda 8
15 7 Kimi Rəykkönen Alfa Romeo Racing ORLEN 1
16 99 Antonio Covinatsi Alfa Romeo Racing ORLEN 1

 

 

MÜHƏNDİSLƏR KUBOKU:

Yer Komanda Motor Xal
1 Red Bull Racing Honda 215
2 Mercedes AMG Petronas F1 Team Mercedes 178
3 McLaren F1 Team Mercedes 110
4 Scuderia Ferrari Mission Winnow Ferrari 94
5 Scuderia AlphaTauri Honda Honda 45
6 Aston Martin Cognizant F1 Team Mercedes 40
7 Alpine F1 Team Renault 29
8 Alfa Romeo Racing ORLEN Ferrari 2
, , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*