22 Oktyabr 2019, Çərşənbə axşamı - 15:13

Formula1: Parçalanma olmayacaq!

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

07:28 - 05 İyul, 2009

Bu gün Parisdə FİA prezidenti Maks Mosli bildirib ki, federasiya FOTA ilə razılığa gəlib, beləliklə Formula1 parçalanmayacaq və alternativ çempionat […]

Bu gün Parisdə FİA prezidenti Maks Mosli bildirib ki, federasiya FOTA ilə razılığa gəlib, beləliklə Formula1 parçalanmayacaq və alternativ çempionat təşkil olunmayacaq – bu məlumatı BBC yayıb…

Razılaşmanın təfərrüatları hələ məlum deyil, amma belə təəssürat yaranır ki, böhrandan çıxış yolu tapılıb. Beləki, razılaşmanın şərtlərindən biri Maks Moslinin payızda FİA prezidentliyinə növbəti seçkilərdə iştirakdan imtinası olub.

Maks Mosli: “Parçalanma olmayacaq. Vahid çempionat olacaq. Biz müəyyən bəndlərdə razılaşma əldə etdik, xüsusən də məsrəflərin azaldılmasında. FOTA üzvləri bizə böyük kömək etdilər və bizim məqsədimiz əvvəlki kimi qalır: iki ildən sonra biz məsrəflərin səviyyəsini doxsanıncı illərin əvvəlində olan səviyyəyə endirməliyik.”

Formula1-in kommersiya başçısı Berni Ekklstoun əlavə edib: “Mən çox razıyam ki, ağıl hər şeydən üstün oldu.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 268
Teqlər
Paylaş

logo