22 Avqust 2019, Cümə axşamı - 20:22

Formula1 hətta BBC üçün bahalıdır?

Formula1 hətta BBC üçün bahalıdır?

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

14:17 - 13 Mart, 2011

ВВС-nin rəhbərliyi etiraf edib ki, Formula1 yarışlarının və Uimbldon tennis turnirinin yayımlarından imtina etməsi korporasiyanın büdcə vəsaitlərinin qənaətinə yönəlmiş məcburi […]

ВВС-nin rəhbərliyi etiraf edib ki, Formula1 yarışlarının və Uimbldon tennis turnirinin yayımlarından imtina etməsi korporasiyanın büdcə vəsaitlərinin qənaətinə yönəlmiş məcburi tədbirlərdən biri ola bilər.

Bu onunla əlaqədardır ki, Böyük Britaniya hökuməti keçən payız qərara alıb ki, televiziya lisenziyası 2017-ci ilə qədər dondurulsun – yəni Britaniyada yaşayan hər bir şəxs evindəki bir televizora görə ödədiyi 145 funtluq vergidən azad olunub.

Bundan sonra teleşirkətlər büdcələrinə qənaət etməyə baaşlayıblar, 2014-cü ildə BBC məsrəflərini ildə 600 milyon funt azaltmağı nəzərdə tutub, bunun üçün bahalı yayımlardan imtina etmək lazım gələcək. Yeri gəlmişkən, Formula1- göstərmək üçün BBC hər il FOM-a 40 milyon funt ödəyir.

Qeyd edək ki, digər şirkətlər də yayımın baha olmasından gileylənirlər, amma bunu Berni Ekklstounun başçılıq etdiyi quruma təzyiq kimi də başa düçmək olar ki, gələcəkdə Berni qiymətləri aşağı salsın.

Londonda dərc olunan The Guardian qəzeti yazır ki, Lyuis Həmilton və Censon Battonun ölkədə populyarlığına baxmayaraq, yarışlar praym-taymda yayımlanmır və BBC Formula1-i əsas verilişləri siyahısına aid eləmir…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 256
Teqlər
Paylaş

logo